• EUR

    1.9195

  • USD

    1.7000

  • RUB

    0.0231

  • TRY

    0.1241

  • NEFT

    $65.51

12.03°C
Bakı

Araşdırma

Süni mayalanması iki dəfə uğursuz alınan qadın həkimdən 8 500 manatını istəyir - Qalmaqal

Mətn ölçüsü:
  • 100%

Süni mayalanması iki dəfə uğursuz alınan qadın həkimdən 8 500 manatını istəyir - Qalmaqal
Şabran rayonu Rəhimli kənd sakini Kəmalə İsayeva "Aytən” sonsuzluq mərkəzini məhkəməyə verəcək.

AMİA.AZ xəbər verir ki , Şikayətçi süni mayalanma yolu ilə dünyaya uşaq gətirmək üçün mərkəzə ödədiyi 8 min 500 manat pulun geri qaytarılmasını tələb edir:

"2020-ci ilin oktyabr ayında "Aytən” sonsuzluq mərkəzinə müraciət elədim. 5 min manat ödədim, orada müayinə və müalicə olunduqdan sonra fevral ayında süni mayalanma edildim. Birinci dəfə nəticə pozitiv alındı. Müalicələr nəsə düz getmədi, 22 həftədə özümü pis hiss elədim. Dedilər ki, açılış olub, su gedib, uşaq götürülüb küveytə qoyulmalıdır. Ona da zəmanət vermirik. 8 min manat yenidən klinikaya pul köçürülməlidir, yalnız ondan sonra uşağı götürəcəyik. Mənim də o qədər pulum yox idi. Yalvardım ki, kömək edin, heç olmasa uşağın çiyərlərini açın, gedib başqa xəstəxanada uşağı götürüb küveytə qoydurum. Ona da razı olmadılar”.

Kəmalə İsayeva xəstəxanadan çıxıb və bir baş Qubaya gəlib:

"Yolda vəziyyətim pisləşdi, məni təcili yardımla çatdırdılar Quba xəstəxanasına. Qubada süni doğuş edib uşağı götürdülər. Xəstəxanadan onlarla əlaqə saxlayıb məlumatı dedim. Dedim ki, vəziyyətim yaxşı deyil, pulumu geri istəyirəm. Onlar da pulun qayıtarılmayacağını dedilər. Ağızlaşdıq. Bir az keçəndən sonra Səbayel rayon 41 nömrəli polis şöbəsindən zəng gəldi ki, siz "Aytən” sonsuzluq mərkəzinin əməkdaşlarını təhqir etmisiniz. Dedim, bəli və bütün olanları şöbəyə dedim. Bu əhvalatdan 15 gün keçəndən sonra mərkəzin vəkili zəng etdi, şikayət edəcəyim halda tələblərimlə maraqlandı. Mərkəzın vəkili mənə bildirdi ki, səni ikinci dəfə az məbləğlə - 3500 manata süni mayalanma etdirəcəyik. Razılaşdıq. Məni heç bir müalicə etmədən ikinci dəfə süni mayalanma etdilər, o da tutmadı. 3-cü dəfə 3500 manat istədilər, ona da pulum olmadı”.

Kəmalə İsayeva "Aytən” sonsuzluq mərkəzinə 8 min 500 manat ödədiyini deyir:

"Pulu Aytən xanımın köməkçisi Nigar xanıma vermişəm. Özü də mərkəzlə müqavilə bağlayanda vətəndaşa çek vermirlər. Bundan əlavə, müqavilə bağlayanda orada məbləğ göstərmirlər. İndi həmin pulu onlardan geri istəyirəm ki, gedib başqa klinikada müalicə etdirim. Məsələni sona kimi aparacağam”.

"Aytən” sonsuzluq mərkəzindən isə Qaynarinfo-ya Kəmalə İsayevanın haqsız olduğunu bildirdilər:

"Onun hamiləliyinin sonlandırılmasına səbəb Şabrandakı həkimlər olub. Xanım, təəssüf ki, yol pullarını, burada restoranda yediyi yeməklərin də pulunu hesablayıb. O qədər məbləğ olmayıb. Bunu bütün dünya bilir ki, süni mayalanmanın alınıb-alınmaması söhbəti var. İstəlinən xəstə bura gələndə müqavilə bağlayıb, imza atır ki, mən ödəməni edirəm, amma bilirəm ki, 60% hamilə qala bilərəm, 40% halda isə hamiləlik alınmaya bilər. Heç kəs heç kəsə bunun qarantiyasını verə bilməz. Xəstə də buna razılaşıb. Birinci süni mayalanmada hamilə qaldı, ikincidə qalmadı. Rayonda ağırısı da vardı, mən bilmirəm, ona rayonda hansı həkim necə baxıb? Tam suyu gedən vəziyyətdə gəlmişdi. Rayonda baxıb heç bir problemin olmadığını və noşba dərmanı içməsini məsləhət biliblər. Xəstə də, vəziyyəti pis olub, bir başa Bakıya gəlib. 22 həftə 4 aylıq uşaq idi, qismət olmadı. ikinci süni mayalanmada da bəxti gətirmədi, neqativ nəticə verdi. 22 həftəlik hamiləlikdə söhbət uşağın hansı ciyərinin açılmasından gedir? 4 ay tamamlayıb 5-ci aya keçən uşaq. Bu uşaqların yaşaması şansları 1%-dir”.

"Aytən” sonsuzluq mərkəzi sözü gedən məsələyə Səhiyyə Nazirliyi və prokurorluq orqanlarında da baxıldığını açıqlayıb:

"Hər bir tərəf burada onun haqsız olduğunu təsdiqləyib. İlk dəfə onda nəticə pozitiv olub, o zaman niyə gedib şikayət etmirdi? 3-4 aydan sonra həmin xanım bu mərkəzə bir də gələcək ki, mən hamilə qalmaq istəyirəm. Amma mən onun kimi xəstələrlə işləmək istəməzdim. Aidiyyatı orqanlar onun bu məsələdə haqsız olduğunu deyir, odur ki, hara istəyir, müraciət etsin. O qədər müraciət edən xəstələr var ki, süni mayalanma etdirir, amma alınmır”.Qaynarinfo