• EUR

    1.9195

  • USD

    1.7000

  • RUB

    0.0231

  • TRY

    0.1241

  • NEFT

    $65.51

12.03°C
Bakı

Cəmiyyət

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı - 3 MİNİ KEÇDİ

Mətn ölçüsü:
  • 100%

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı - 3 MİNİ KEÇDİ

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 192 yeni yoluxma faktı qeydə alınıb, 1 259 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

24 Yanvar 2022-ci il tarixində 2468 yoluxma faktı və 13 ölüm qeydə alındığı açıqlanmışdı.13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 563 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 621, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 549, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 393 nəfərdir.