• EUR

    1.9195

  • USD

    1.7000

  • RUB

    0.0231

  • TRY

    0.1241

  • NEFT

    $65.51

12.03°C
Bakı

Gündəm

Fazil Məmmədovun şirkəti məhkəməlik oldu – Bu səbəbə görə

Mətn ölçüsü:
  • 100%

Fazil Məmmədovun şirkəti məhkəməlik oldu – Bu səbəbə görə
“Ataholdinq” MMC barədə inzibati xəta işi başlanıb.

32gun.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsilə ittiham olunur.

Həmin maddəyə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

“Ataholdinq” MMC 2003-cü ildə təsis edilib. Nizamnamə kapitalı nizamnamə kapitalı 40 071 816 manat, qanuni təmsilçisi isə Əşrəf Kamilovdur.

Mediada gedən məlumatlara görə, holdinq keçmiş vergilər naziri Fazil Məmmədovdur. Bu məlumat indiyə qədər təkzib olunmayıb.

Nilay