• EUR

    1.9195

  • USD

    1.7000

  • RUB

    0.0231

  • TRY

    0.1241

  • NEFT

    $65.51

12.03°C
Bakı

İqtisadiyyat

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda bərpa olunan enerji sahəsində yeni layihələr işə salacaq

Mətn ölçüsü:
  • 100%

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu il Azərbaycanda dayanıqlı inkişaf və bərpa olunan enerji sahələrində bir neçə layihə işə salacaq.
Bunu AYİB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik iclası zamanı deyib.
"Biz artıq Gəncədə bərk məişət tullantılarının idarə olunması üzrə layihəni işə salmışıq. Bu yay günəş və külək enerjisi sahəsində daha iki layihə işə salacağıq", - deyə o bildirib.
Onun sözlərinə görə, AYİB bundan sonra da Azərbaycanda "yaşıl" iqtisadiyyatı dəstəkləyəcək.
"Bu il biz rəqəmsallaşma sektorunun təkmilləşdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, Orta Dəhlizə diqqət ayırmaqla nəqliyyat sektorunun inkişafı üzərində işləyəcəyik", - K.Mahmudova deyib.