• EUR

    1.9195

  • USD

    1.7000

  • RUB

    0.0231

  • TRY

    0.1241

  • NEFT

    $65.51

12.03°C
Bakı

Siyasət

“SOCAR Petroleum”un direktoru işdən çıxarıldı - Rövnəq Abdullayevin adamı “vuruldu”

Mətn ölçüsü:
  • 100%

“SOCAR Petroleum”un direktoru işdən çıxarıldı - Rövnəq Abdullayevin adamı “vuruldu”Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR Petroleum” QSC-nin baş direktoru Rövşən Həsənov işdən çıxarılıb.

Bakupost.az xəbər verir ki, onun yerinə Anar Tağıyev təyin olunub.

Qeyd edək ki, Rövşən İmran oğlu Həsənov bu vəzifəyə ötən ilin dekabrında gətirilmişdi.

O, SOCAR məsələlərində adı daim hallanan, məşhur iş adamı, Rövnəq Abdullayevin dayısı oğlu Anar Əliyevin (Əlizadə) əsas kadrlarından biri hesab olunurdu. Onların qohumluq əlaqələri də var.

Rövşən Həsənov “SOCAR Petroleum”dan əvvəl “Azərneftyağ” Neft Emalı Zavodunun direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, “SOCAR Petroleum” QSC Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısının təşkil edilməsi və çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilib.